Rusiya hərbçiləri Odessadakı terminalı atəşə tutdu

Rusiya hərbçiləri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı atəşə tutub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum “Kalibr” raketləri ilə həyata keçirilib.

Bildirilib ki, işğalçılar 100 ton noxud və 20 ton arpa məhv ediblər.

Partlayış nəticəsində iki nəfər yaralanıb.

Qeyd edək ki, ruslar üçüncü gecədir ki, Odessa vilayətinə hücuma keçiblər.


Share: