Xəbərdarlıq: Biz hər şeyi itiririk…

Xəbərdarlıq: Biz hər şeyi itiririk…

Qeyd etdiyimiz kimi, kainatın yaradılması “Biq banq” deyilən böyük partlayışla başlayıb. Həmin dövrdən indiyə qədər də kainat genişlənməkdədir.

Alimlər bildirir ki, kainatın kütləsi kifayət edəcək miqdara çatanda bu genişlənmə prosesi cazibə qüvvəsinə görə dayanacaq və bu da kainatın öz daxilinə çəkilməyə, büzülməyə başlamasına səbəb olacaq. Kainatın büzülməsi prosesinin isə axırda “Biz kranç” (“Böyük büzülmə”) deyilən çox yüksək bir istilik və sıxılma ilə nəticələnəzəyi qeyd edilir. Bu isə bizə məlum olan bütün həyatın yox olması mənasına gəlir.

“Biz kranc” adlı  bu elmi nəzəriyyəyə Quranda belə işarə edilir:

“Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın. İlk dəfə yaratdığınız kimi qaytarıb əvvəlki halına salırıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik”.

(“Ənbiya”, 21/104).

Başqa bir ayədə isə göylərin bu vəziyyəti belə izah olunur:

“Allahı lazımınca qiymətləndirmədilər.

Halbuki qiyamət günü yer bütünlükdə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (“Zumər”, 39/67).

“Biq kranç” nəzəriyyəsinə görə, kainat başlanğıcda olduğu kimi əvvəlcə yavaş-yavaş, sonra tədricən sürətlə dağılmağa başlayacaq. Bütün bunlardan sonra isə sonsuz yoğunluq və sonsuz hərarətlə, sonsuz kiçiklikdə bir nöqtə halına gələcək. Bu elmi nəzəriyyə Quran ayələri ilə tam şəkildə üst-üstə düşür. (Doğrusunu Allah bilir).

Bu gün alimlər ulduzların isti qaz buludundan meydana gəldiyini bildirirlər. İsti qaz kütləsindən meydana gəlmək həm də kainatın yaradılması ilə əlaqədardır. Kainatın yaradılışı barədəki bu elmi kəşfləri Quran da təsdiq edir:

“O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da “İstəyərək vücuda gəldik!” deyə cavab verdilər” (Fussilət”, 41/10-11).

Bu ayədə qeyd edilən “tüstü” ifadəsi ərəb dilində “duxan” kəlməsi şəklindədir. Bu kəlmə adı Quranda çəkilən isti bir kosmik tüstünü ifadə edir. Qatı maddələrə bağlı uçan kiçik hissələri ehtiva edən, isti qaz halında bir kütlə olan bu tüstü forması Quran ayəsinə tam uyğun gəlir. Bəlli olduğu kimi, Quranda kainatın bu mərhələdəki görünüşünü təsvir edən ən münasib sözdən istifadə olunub. Alimlər isə kainatın tüstü halındakı isti bir qaz kütləsindən əmələ gəldiyini yalnız XX əsrdə kəşf edib.

Kainatın yaranması haqqındakı bu məlumatın ilk dəfə Quranda bildirilməsi şübhəsiz ki, Quranın elm sahəsindəki növbəti möcüzəsidir.

Quranda göyələrin yaradılması ilə bağlı məlumat verən başqa bir ayə isə belədir:

“Məgər kafir olanlar göydə yer bitişik ikən bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?” (Ənbiya”, 21/30).

Ayənin “bitişik” mənasına gələn “ratq” kəlməsi ərəıb dilində “bir-biri ilə bitişik”, “ayrılmaz bir vəziyyətdə”, “bütünləşmiş” mənalarına gəlir. Yəni bu söz vahid bir tam halında, bütöv olan iki maddəni ifadə etmək üçün işlədilir.

Rövşən Novruzoğlu Vəlizadə,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: