Şairə Esmira Günəş illərdir kitablarını hədiyyə etdiyi Gəncə Mərkəzi Kitabxanasında bu dəfə kitab təqdimatı edərək şəhid ailələri ilə görüşüb.
Tədbirdə müxtəlif bölgələrdən gələn şəhid ailələri iştirak, şairlər və şəhidlərə dəyər verən könüllülər iştirak edib. Tədbirin keçirilməsinə Gəncə şəhər Mədəniyyət İdarəsi tərəfindən tapşırıq verilsə də, tədbirin bütün yükünü şairə Esmira Günəş tək çəkib. Qonaqları özü qarşılayıb, özü də yola salıb. Çox təssüflər olsun ki, kitabxananın əməkdaşları şairə xanıma və şəhid ailələrinə qarşı biganəlik göstəriblər. Bunlara baxmayaraq tədbir gözəl keçib. Tədbir boyu qonaqların çıxışları ilə yanaşı şairə xanımın şeirləri səsləndirilib.
Sonda Esmira xanım kitablarını imzalayaraq şəhid ailələrinə təqdim edib və xatirə şəkilləri çəkdiriblər.
Müstəqil.az