Rusiyanın Leninqrad vilayətinin Luqa şəhərində piyada körpüsünün uçması nəticəsində ölən və yaralananlar var.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə “Olganın sahilləri” folklor festivalı zamanı baş verib. Sahildəki taxta-metal körpü yarıya bölünüb.
İnsident nəticəsində yaralanan üç nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Daha bir kişi isə xəstəxanada vəfat edib.
Mənbə: “Mash na Moyke”