Münaqişənin il yarımı ərzində minalar, partlamamış bombalar və artilleriya mərmiləri ilə birlikdə Uruqvay ölçüsündə Ukrayna ərazisi “çirkləndirilib”.
Bununla da, Ukrayna dünyanın ən çox minalanmış ölkəsinə çevrilib.
Məlumata görə, müharibənin bu nəticələrini aradan qaldırmaq üçün yüz illər və milyardlarla dollar tələb oluna bilər.
Slovakiyada yerləşən GLOBSEC analitik mərkəzinin hesabatına görə, Ukrayna ərazisinin təxminən 30%-i (67 000 kv. km-dən çox) əmək tutumlu, bahalı və təhlükəli minatəmizləmə əməliyyatlarına ehtiyac duyacaq. Davam edən döyüşlər dəqiq tədqiqatlar aparmağı qeyri-mümkün etsə də, Ukraynada sursatlarla çirklənmənin miqyası və konsentrasiyası Əfqanıstan və Suriya kimi digər ciddi minalanmış ölkələri üstələyir.
Ukraynada tammiqyaslı müharibənin başlanmasından 2023-cü ilin iyul ayına qədər BMT 298 mülki şəxs, o cümlədən 22 uşağın mərmi və minaların qurbanı olduğunu, 632 mülki şəxsin isə yaralandığını qeydə alıb.
Mənbə: theins.ru