Zelenski Azərbaycana təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib.

“Enerji və minalardan təmizləmə sahəsində humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenski həmçinin Koreyaya, İsveçə, Yaponiyaya, Avstraliyaya, ABŞ-a, Almaniyaya Ukraynaya yardımlarına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, iyulun 17-də Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.


Share: