Pakistanla Azərbaycan arasında tarixi saziş imzalanacaq

İyulun 24-də Pakistan və Azərbaycan mayeləşdirilmiş təbii qazla (LNG) bağlı tarixi saziş imzalayacaqlar.

Pakistan mətbuatının yaydığı məlumata görə, bunu ölkənin neft üzrə dövlət naziri Musadik Malik Kəraçidə deyib.

O, bildirib ki, ölkəsi hər ay Azərbaycandan maye qaz alacaq. Nazir Azərbaycandan 12 tanker maye qaz alınacağını dəqiqləşdirib.

Malik Azərbaycanla müqavilənin qışda ölkəsinin qaz çatışmazlığına son qoyacağını vurğulayıb.

Share: