Çin şahmatçısı Ju Venjun şahmat üzrə dünya çempionu adı uğrunda final görüşünün 12-ci oyununda həmyerlisi Ley Tinjeyə 6,5:5,5 hesabı ilə qalib gəlib. Məlumata görə, Venjun ağ fiqurlarla oynayıb. Qarşılaşmalar Şanxay və Çonqinqdə keçirilib.
Xatırladaq ki, 32 yaşlı Ju 2018-ci ildə final görüşündə həmyerlisi Tan Çjunini məğlub etdikdən sonra qadınlar arasında dünya şahmat tacının sahibidir. O, bundan əvvəl iki dəfə dünya çempionu titulunu qoruyub.
2019-cu ildə Ju rusiyalı Yekaterina Lahnoya, 2020-ci ildə isə tay-brekdə digər rusiyalı şahmatçı Aleksandra Qoryaçkinaya qalib gəlib.
Mənbə: kommersant.ru