İranda etnik bəluç mülki geyimli repressiv qüvvələr tərəfindən həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, Zahidan şəhərində təhlükəsizlik qüvvələri iyulun 19-da Ümid Kaşani adlı etnik bəluçun evinə basqın edərək, onu naməlum yerə aparıblar.
Qeyd edək ki, ailə üzvləri bu barədə dövlət qurumlarına müraciət etsələr də, onlara heç bir məlumat verilməyib.