Türkiyədə gözəllik salonuna gedən qadın saç düzümünü bəyənmədiyi üçün yanına 6 nəfəri alıb salona gələrək dava etməyə başlayıb.
Moderator.az xəbər verir ki. iddiaya görə saçını düzəltdirmək üçün gözəllik salonuna gedən 32 yaşlı qadın yığılan saç düzümünü bəyənməyib. İş yeri sahibi və bəzi müştərilərlə mübahisə edən qadın daha sonra rəfiqələrinə zəng vurub.
Hirsli qadın həyat yoldaşı ilə birlikdə gözəllik salonundan ayrıldıqdan bir müddət sonra yoldaşları ilə birlikdə hadisə yerinə gəlib. Burada bir müddət mübahisə edən qrup daha sonra ov tüfəngi ilə atəş açmağa başlayıb. İş yerinə silahla atəş açan şübhəlilər hadisə yerindən qaçıblar.
Qeyd edək ki, şübhəli şəxslər yaxalanaraq istintaqa verilib.