Qanada evindən külli miqdarda pul oğurlanan nazir istefa verdi

Qana Prezidenti Nana Akufo-Addo evindən külli miqdarda pul oğurlanan kanalizasiya və su ehtiyatları naziri Sesiliya Abena Dapaanın istefasını qəbul edib.

İstefaya səbəb iki işçinin Abena Dapaanın evində saxlanılan bir milyon dollar, 300 min avro və bir neçə milyon sedi oğurlaması məlum olduqdan sonra yaranan qalmaqal olub.

Belə ki, Afrika ölkəsi üçün belə əhəmiyyətli bir məbləğin mənşəyi suallar doğurub.

“Vəziyyətə aydınlıq gətirmək və faktları müəyyən etmək üçün dövlət xidmətləri ilə tam əməkdaşlıq etmək niyyətindəyəm”, – Dapaa bəyan edib.

Mənbə: TASS

Share: