İyulun 21-də premyerası olan “Barbi” filmi həftə sonu ABŞ-də 155 milyon dollar gəlir əldə edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Warner Bros” kinostudiyasının daxili distribusiya şöbəsinin rəhbəri Ceff Qoldşteyn bildirib:
“Biz ilk həftəmizdə 75 milyon dollar qazanacağımızı düşünürdük. Heç kim 155 milyon dollar gözləmirdi”.
“Bloomberg”in məlumatına görə, “Barbi” ilk həftə sonu “Super Mario Qardaşları” filmini geridə qoyaraq ilin ən çox gəlir gətirən debütü olub.
Rejissor Qreta Gerviqin çəkdiyi “Barbi” iyulun 21-də bütün dünyada nümayiş etdirilib. Filmdə Maro Robbi, Rayan Qoslinq, Helen Mirren və Dua Lipa oynayıb.