İsmayıllıda fərdi evdə başlayan yanğın geniş əraziyə yayılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Cavanşir küçəsində qeydə alınıb.
Alov 2 evə və 3 mağazaya keçib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.