Xabarovsk diyarında 50 milyonluq diş ələ keçirilib

Xabarovsk diyarında 50 milyonluq diş ələ keçirilib

Rusiya Federasiyasının Xabarovsk diyarında Federal Təhlükəsizlik Xidməti bir ton yarım mamont dişi ələ keçirib.

Məlumata görə, dişlər yeraltı anbarda tapılıb və sahiblərinin heç bir müvafiq sənədi yoxdur.

Qeyd edək ki, mamont dişlərinin təxmini dəyəri  50 milyon rubldan (təxminən 943 min AZN) çoxdur.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: RİA Novosti “Telegram” kanalı

Share: