“Bir film olmayan ölkədə iki Kino İttifaqı niyə var idi?”

“Bir film olmayan ölkədə iki Kino İttifaqı niyə var idi?”

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətinin iştirakı ilə iclas keçirilib. İclasın yekunu olaraq, ölkədəki kino sektoruna dəstək və birlik məqsədilə ittifaqların birləşdirilməsinə qərar verilib.

Bu barədə Kulis.az-a danışan aktyor Kamran Ağabalayev sözügedən qərarı absurd hesab etdiyini bildirib.

“Bu, çox absurddur. Kino olmayan ölkədə Kino İttifaqının həll edəcəyi hansı problemlər ola bilər? Bir film olmayan ölkədə iki Kino İttifaqı niyə var idi və nəyə yarayırdı? Ölkədə kino adına bircə “Fokus” jurnalı var. Hə, bir də aktyor və aktrisalar var, amma kino yoxdur. Kino çox güman elə budur”.

Share: