Ankaradakı partlayışın səbəbi bəlli oldu

Ankaradakı partlayışın səbəbi bəlli oldu

Ankarada baş vermiş partlayışın səbəbi məlum olub.

Bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzindən açıqlama verilib.

Bildirilib ki, Ankaranın Elmadağ rayonunda hərəkətdə olan yük maşını qəza nəticəsində alovlanıb və avtomobilin təkərlərində, həmçinin digər hissələrində partlayışlar baş verib.

Qeyd olunub ki, partlayışlar nəticəsində ətraf mühitə heç bir ziyan dəyməyib, ölən və yaralanan olmayıb.

01:19

Ankarada gecə saatlarında partlayış baş verib.

Hadisə Türkiyə paytaxtının Elmadağ rayonunda olub.

Partlayışdan sonra ərazini alovlar bürüyüb. Bölgəyə çoxlu sayda yanğınsöndürən heyət göndərilib.

İnsidentin səbəbləri araşdırılır.

Mənbə: Haber Global

Share: