“Komandamı təbrik edirəm. Birinci hissədə çoxlu səhv oldu. Artıq bunları təkrarlamamalıyıq”.
“Report” xəbər verir ki, bunu Kipr “Omoniya”sının baş məşqçisi Sofronis Avqusti “Qəbələ”yə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis tezliklə cavab görüşünün hazırlıqlarına başlayacaqlarını söyləyib:
“Rəqibdən belə oyun gözləmirdik. Onlar əks-hücumda yaxşı təsir bağışladılar. Amma biz də buna yaxşı reaksiya verdik. Nəticəyə görə çox xoşbəxtik. Bizim üçün önəmli qələbə idi. Birinci yarıda rəqib, ikinci hissədə isə biz daha yaxşı mübarizə apardıq. Cavab matçında daha fərqli “Omoniya” görəcəksiniz.