Bakının Yasamal rayonunda odlu silahla ehtiyyatsız davranış bir nəfərin xəsarət almasına səbəb olub.
APA xəbər verir ki, hadisə İsmayıl Talıblı küçəsində baş verib.
2006-ci il təvəllüdlü, Mətin Şaiq oğlu Cəfərov tüfəngi təmizləyərkən ehtiyyatsızlıq edib.
Açılan atəş nəticəsində o, ayağından ağır xəsarət alıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin dəqiq səbəbləri araşdırılır.