İranın İlam əyalətində neft-kimya şirkətinin əməkdaşı işdən çıxarıldıqdan sonra intihar edib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, İlam əyalətinin Çəvar şəhərində yerləşən şirkətin iki uşaq atası olan Heydər Hüsni ad-soyadlı işçisi şirkətin mühafizəsi tərəfindən işdən çıxarıldıqdan sonra özünü asaraq intihar edib.