İngiltərə Kubokunda yarımfinal mərhələsinin bir oyunu baş tutub.
Publika.az xəbər verir ki, ilk oyun günündə “Mançester Yunayted” “Tottenhem” üzərində əzmkar qələbə qazanıb. Görüşdə hesabı London təmsilçisi açsa da, “qırmızı şeytanlar” sonda sevinən tərəf olub və finala adlayıb.
Digər finalçının adına “Çelsi” – “Sauthempton” matçında aydınlıq gələcək.
İngiltərə Kuboku, Yarımfinal
21 aprel
Mançester Yunayted – Tottenhem 2:1
Qol: A.Sançes, 24. A.Herrera, 62 – D.Alli, 11.
22 aprel
18:00. Çelsi – Sauthempton