Röya: “Çoxlu nəvələrim olsun istəyirəm, pulum kimə qalacaq?”

Röya: “Çoxlu nəvələrim olsun istəyirəm, pulum kimə qalacaq?”

Müğənni Röya Ayxan oğlu Hüseyni 20 yaşında evləndirəcəyini deyib.

Lent.az-ın xəbərinə görə, o özünə müasir, haylı-küylü, enerjili gəlin arzuladığını bildirib.

Röya qeyd edib ki, qızın xarici ölkə vətəndaşı olmasını istəyir.

Müğənni özünün də, oğlunun da qaradərili qızlardan xoşlandığını açıqlayıb.

“Hüseyn 20 yaşında evlənsin və çoxlu nəvələrim olsun. O mənim tək uşağımdır. Mən öləndən sonra bəs, bu qədər pul, vəsait kimə qalacaq? İstəyirəm ki, onlara qalsın”, – deyən müğənni həmkarı Mələkxanım Əyyubovanın qızını çox bəyəndiyini, yaşları uyğun gəlsəydi, onu gəlin kimi arzuladığını bildirib.

Share: