Çinli üzgüçü dünya rekordu vurdu

Çinli üzgüçü dünya rekordu vurdu

Çinli üzgüçü Sin Hayyan Yaponiyanın Fukuoka şəhərində keçirilən Dünya Su İdmanı Çempionatında 200 metr məsafəyə brass üsulu ilə üzgüçülükdə qızıl medal qazanıb.

24 yaşlı idmançının nəticəsi iki dəqiqə 5,48 saniyə olmaqla, yeni dünya rekordu sayılıb. Sin avstraliyalı Zak Stabilti-Kukun 2022-ci ilin may ayındakı nailiyyətini (2:05.95) yaxşılaşdırıb.

Stabilti-Kuk Fukuokada 2:06,40 nəticə ilə ikinci, amerikalı Mett Fallon isə 2:07,74 nəticə ilə üçüncü olub.

Qeyd edək ki, Hayyan indiki Dünya Çempionatında artıq dördüncü qızılını qazanıb. O, əvvəllər 50 və 100 metr məsafəyə brass və 4×100 metr qarışıq estafet yarışlarında qalib gəlib.

Mənbə: sportrbc.ru

Share: