Bakıda mənzildə meyit aşkarlanıb.
Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.