İranda daşqınlar: 80 yaşayış binasını su basıb

İranda daşqınlar: 80 yaşayış binasını su basıb

İranın cənub-şərqində yerləşən və ölkənin ən quraq əyalətlərindən biri hesab edilən Sistan və Bəlucistan əyalətində daşqınlar nəticəsində azı 133 nəfər zərər çəkib.

Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin yerli bölməsinin rəhbərliyi məlumat verib.

Məlumata görə, son bir həftə ərzində xilasedicilər vilayətin iki cənub rayonunda 133 nəfərə yardım ediblər.

Daşqınlara Sarbaz çayının daşması səbəb olub ki, bu da öz növbəsində iyulun 27-də musson yağışları mövsümünün başlaması ilə əlaqədardır. Çayda suyun səviyyəsi 1985-ci ildən bəri ən yüksək həddə çatıb. Təbii fəlakətin təsiri nəticəsində bənd sıradan çıxıb və 80 yaşayış binasını su basıb.

Yerli hakimiyyət orqanları xəbərdarlıq edir ki, çayların yenidən daşması təhlükəsi var.

Mənbə: TASS

Share: