Makron Nigerdə fransızlara qarşı hücumlara sərt reaksiya verəcəyini bildirdi

Makron Nigerdə fransızlara qarşı hücumlara sərt reaksiya verəcəyini bildirdi

Fransa Prezidenti Emmanuel Makron Nigerdə ​​fransızlara qarşı hücumlara sərt cavab verəcəyini deyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Nigerin paytaxtı Niameydəki Fransa səfirliyi qarşısında baş verən etirazlarla bağlıdır.

Prezident ofisi vurğulayıb ki, Makron “Fransa onun maraqlarına qarşı heç bir hücuma dözməyəcək”, – deyə etirazını bildirib.


Share: