Avropa Sərkisyandan tələb etdi: Tez bir zamanda… – Canlı

12:09

Ötən gün vəd olunduğu kimi, Ermənistan Nikol Paşinyanın rəhbərliyi ilə aksiyalar bu gün yenidən davam edir.

Müstəqil.Az Axar.az-a istinad edərək  xəbər verir ki, polis müxalifətin dinc aksiyalarına qarşı müdaxiləyə başlayıb. Erebuni rayonu ərazisində nümayişçilərin qarşısı kəsilib və Nikol Paşinyan saxlanılıb.

Paşinyanın saxlanması zamanı xüsusi vasitələr tətbiq olunub.

Paşinyanın ardından aksiyalara başçılıq edən Mikayılyan da saxlanılıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.

***

Polis etirazçıların üzərinə irəliləməyə başlayıb. Etirazçılara Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da qoşulub.

Polisin dinc etirazçılara müdaxilə etməsi nəticəsində bir neçə nəfər yaralanıb.

Məlumata görə, polis etirazçılara qarşı səs bombalarından istifadə edib. Xəsarət alan etirazçılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

***

Polislər qalxan və xüsusi texnika vasitəsilə maneəni yara biliblər. Həmin küçədə yalnız yaranmış vəziyyəti müzakirə edən etirazçıların bir neçə qrupu qalıb, etirazçıların əsas hissəsi Respublika meydanı istiqamətində irəliləməyə qərar verib. Onlar hər kəsi mübarizəyə qoşulmağa çağırıblar.

Nümayişçilər 3 böyük dəstəyə ayrılıblar – ilk dəstə Erebuni muzeyinə doğru hərəkət edib, ikinci dəstə Arşakunyats küçəsi, üçüncü dəstə isə Tiqran Metsa küçəsi istiqamətində irəliləyir.

Bu gün Paşinyanla baş nazir Serj Sərkisyan arasında İrəvanın “Marriot” otelində keçirilən görüş nəticəsiz başa çatmışdı.

***

Sərkisyanın Paşinyanla görüşdən sonra hüquq-mühafizə orqanlarına aksiyaçılara qarşı zor tətbiq etmək və kütləvi həbslər həyata keçirmək tapşırığı verdiyi bildirilir. Saat 13:00-a olan məlumata görə, polis bölmələrinə 49 nəfər gətirilib.

Paşinyan da daxil olmaqla, 3 deputat da həbs edilib.

***

Ermənistan parlamentinin “Çıxış” blokunun millət vəkilləri Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan həbs olunub.

Bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti informasiya yayıb.

“Cinayətin qarşısının alınması üzrə görülən istintaq tədbirləri çərçivəsində millət vəkilləri Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan ölkə Konstitusiyasının 96-cı maddəsinin ikinci bəndinin tələblərinə uyğun olaraq saxlanılıblar”, – XİX açıqlamasında deyilib.

Millət vəkillərinin həbsinə səbəb kimi ölkədə sərbəst toplaşma azadlığı şərtlərinin kobud şəkildə pozulması göstərilib. Konstitusiyanın tələblərinə uyğun olaraq deputatların həbsi barədə parlamentin spikeri Ara Babloyana informasiya verilib.

***

Polisin aksiyaçılara qarşı zor tətbiqi genişlənib. Rəsmi məlumata görə, bu vaxta qədər xəstəxanalara ən azı 7 nəfər gətirilib. Onlardan 3-nün vəziyyəti həddən artıq ağırdır.

Həmçinin 15:00-a olan məlumata görə, polis 192 nəfəri həbs edib.

***

Ölkədə vəziyyət təhlükəli həddə çatıb. Təmkinli olmalı və dialoq axtarmalıyıq.

Bu sözləri Ermənistanın Prezidenti Armen Sərkisyan deyib.

“Ölkədə baş verən bu proseslər qarşıalınmaz nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, ötən gün əldə olunmuş razılaşmanın əksinə olaraq, danışıqlar pozuldu. Halbuki, bu, vəziyyəti sakitləşdirə və gərginliyi azalda bilərdi”, – deyə prezident qeyd edib.

Bundan əlavə, Avropa Birliyi (AB) Ermənistanda icazəsiz mitinqlər keçirdiklərinə görə, saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib və bütün tərəfləri təmkinli olmağa çağırıb.

***

10 minə yaxın insan İrəvanın mərkəzi “Respublika” meydanına toplaşıb.

Bu barədə RİA-nın məlumatına deyilib.

Share: