Beynəlxalq terror düşərgələrinin “Meşəli” memarı polkovnik Vaqif Xatsavuryan Çərkəzoviç haqqında

Beynəlxalq terror düşərgələrinin “Meşəli” memarı polkovnik Vaqif Xatsavuryan Çərkəzoviç haqqında

Tanınmış Azərbaycan tədqiqatçısı, politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun İtaliyada “Beynəlxalq terror təşkilatlarının ensiklopediyası III cildli çapa hazırlanır.

Bu kitabda ayrı-ayrı terror qruplarının dünyada və xüsusən Azərbaycanda törətdikləri cinayətlər, genosid əməlləri fakt və sənədlərlə ifşa olunur.

Biz Müstəqil.Az olaraq həmin kitabdan Meşəli qırğınları haqqında verilən materialın bir hissəsini nəzərinizə çatdırırıq. İtaliyalı hüquqşünas T.N.Morako yazdığı ön sözdə göstərir ki, bu kitablar istənilən ən mühüm dövləti cinayətləri açmaq mümkündür.

Erməni separatçılarının liderlərindən olan, Qarabağ torpaqlarında ən qatı və qəddar cinayətlər törədən, uşaqları əl mişarı ilə doğrayan, hamilə qadınlara zorla dərmanlar içirən (?) erməni xüsusi idarəsinin polkovniki Vaqif Xatsavuryan Çərkəzoviç haqqında toplanmış materialların bir qismini təqdim edirik.

Erməni separatçılarının Cənubi Amerika əyalətlərindən dəvət olunmuş muzdlu erməni qrupları Qarabağ ərazisində bir-birindən fərqli, amansız qətllər törədib. Məsələn, 1990-cı ilin aprelin 24-dən 1991-ci ilin aprelin 24-dəl nəşr olunan “Bred xəbərləri” qəzetinin hərbi müxbiri, istefada olan mayor Suren Vartanyan yazdığı xəbərdə qeyd edir: “…Breddəki 01261 saylı hərbi qrup, artıq, hazır idi ki, Dağlıq Qarabağa yola düşsün. Bu azalıq mücahidlərinə (?) Argentinadan gələn qızlar da qoşulmuşdu. Snayperçi qızların hamısı muzdlular idi. Onlar hara gəldiklərini, nə üçün vuruşduqlarını anlamırdılar… Onlar din uğrunda, kilsələrin azadlığı uğrunda vuruşmaq üçün gəlmişdilər. Bu qızların maliyyə xərcləri Kanadada öz işini quran «Erməni Mərkəzi»nə aid idi (?). Onlar yaxşı vuruşurdular. Mən onların Əsgərandakı, Meşəli ərazisindəki döyüşlərinin, Xocalıdakı vuruşmalarının şahidi oldum… Bütün bunlar haqqında əlavə olaraq Axalkalakidəki «Ermənilərin birlik konfransı»nda məlumat verdim…»

(Bax: Gürcüstan. «Cavaxeti xəbərləri» qəzeti. S.Vartanyan. 1991-ci il, 16 oktyabr).

Meşəli kəndinə basqın edən bu vəhşi qrup heç kəsə aman vermədi.

Məlumata görə, Xocalıda, Meşəlidə snayperlərini işə salan bu «Çöl quşları» (qrup özünə ad qoymuşdu) 25 nəfərin həyatına son qoydu.

  1. 1927-ci ildə anadan olmuş Nurməmmədov Hüseyn Rza oğlu; 2.

936-cı ildə anadan olmuş Nurməmmədova Pakizə İslam qızı; 3. 1967-ci ildə anadan olmuş İbadullayev Nadir Nəbi oğlu; 4. 1964-cü ildə anadan olmuş Mehralıyev Əli Mürsəl oğlu; 5. 1937-ci ildə anadan olmuş

Novruzov Novruz Məhərrəm oğlu; 6. 1937-ci ildə anadan olmuş Novruzova Adilə Məhərrəm qızı; 7. 1971-ci ildə anadan olmuş Novruzov Allahverdi Novruz oğlu; 8. 1977-ci ildə anadan olmuş Novruzova

Rübabə Novruz qızı; 9. 1975-ci ildə anadan olmuş Novruzova Rahilə Novruz qızı; 10. 1936-cı ildə anadan olmuş Quliyev Qənimət Əli oğlu; 11. 1969-cu ildə anadan olmuş Quliyeva Ruba Nağı qızı; 12. 1969-cu ildə

anadan olmuş Quliyev İsmayıl Qənimət oğlu; 13. 1963-cü ildə anadan olmuş Quliyev Mətləb Qənimət oğlu; 14. 1937-ci ildə anadan olmuş Hümbətov Bəhlul Müseyib oğlu; 15. 1938-ci ildə anadan olmuş Kazımov Xəlil Mahmud oğlu; 16. 1977-ci ildə anadan olmuş Allahverdiyev Vidadi Müsül oğlu; 17. 1925-ci ildə anadan olmuş Qasımov Ənvər Bahadur oğlu; 18. 1936-cı ildə anadan olmuş Mahmudova Sürəyya Alış qızı; 19. 1929-cu ildə anadan olmuş Sadıqov Əvəz Alış oğlu; 20. 1937-ci ildə anadan olmuş Sadıqova Qönçə Məmmədbağır qızı; 1992-ci ilin fevralın 25-26-da Xocalıya qohumlarına baş çəkməyə gedən insanlara da aman verilmədi. Onlar geri qayıda bilmədilər. 21. 1970-ci ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuş Rüstəmov Hidayət Eldar oğlu; 22. 1969- cu ildə Ağdam rayonu Papravənd kəndində anadan olmuş Ağayev Faiq Alış oğlu; 23. 1961-ci ildə Yevlax şəhərində anadan olmuş Əzimov Tahir Eyyub oğlu; 24. 1964-cü ildə anadan olmuş Mehralıyev Əli Şükür oğlu; 25. 1940-cı ildə anadan olmuş Orucov Miryusif Kərim oğlu; eləcə də, milli ordudan olan Kamil və Musa adlı şəxslər xüsusi amansızlıqla öldürüldü.

Araşdırmalarımız əsasında müəyyənləşdirdik ki, muzdlu snayperçilərə vasitəçi və yaxud bələdçi olaraq insanların güllələnməsində iştirak edən ermənilərdən – Emest Baxşiyeviç Sərkisyan, Armais Baxşiyeviç Sərkisyan, Benik Aslanoviç Kasparyan bu gün beynəlxalq axtarışdadırlar.

Araşdırma materiallarından görünür ki, Dağlıq Qarabağın bomba- lanmasında, yaşayış yerlərinin viran edilməsində Tsxinvali və Telavi (Gürcüstan) vertolyot bazaları yaxından iştirak ediblər. Zaqafqaziya Hərbi Dairəsinin generalı Valeri Pasrikyevin 1992-ci il yanvarın 2-də imzaladığı əmrə əsasən, Telavidə hərbi vertolyotları idarə edəcək milliyyətcə erməni olan 16 pilot hazırlandı. Məlumata görə, pilot kurslarının maliyyə xərcləri Ermənistan Milli Azadlıq Hərəkatının Krasnodarda qeyri-leqal fəaliyyət göstərən «Sevan» şöbəsi (Adler yaşayış ərazisi. Adler . kiiçe^g 93.) tərəfindən ödənilib. Şöbə müdiri, «Doktor» ləqəbli Frunze Həzaryan qəribə məlumat verir: «…Kursa qəbul olunmuş ermə nilə ıfyəvvəlcə dən elan edilmişdi ki, onlar «Böyük Ermənistann uğrunda vuruşacaqlar. 1992-ci il yanvarın 9-da isə Beyrutda yaşayan Rafiq Aqabekoviç Qraynyan (o, Livana 1988-ci ildə mühacir olub) da pilotlar hazırlayan kursda müəllim kimi işə başlayır. 32 yaşlı, milliyyətcə ərəb olan, «Həmas» təşkilatından qovulmuş Zahid Əl-Məhəmməd (Nahiz) adlı birisi də kursda göründü. O, erməni dilində çətinliklə danışsa da, məhəbbət və ehtiramını əsirgəmirdi. Ona 45 nömrəli vertolyot həvalə edildi… Biz, artıq, döyüşə hazır idik…» (Adler. «Sevane» bülleteni. 19 yanvar 1992).

1992-ci il fevralın 12-də və 16-da Rusiya prezidenti B.N.Yeltsin Telavi vertolyot bazasında kursu bitirmiş erməni pilotlarına yeni və dəqiq hərbi uçuşa malik olan «Mİ-24P» markalı vertolyotların verilməsi haqqında 7-ci ordunun Baş komandanı general-mayor Reuta göstəriş verir (Telavi «Eskadrilya» qəzeti. N28 1992-ci il 20 fevral.). Polkovnik Leonid Kapralovun başçılığı ilə iki Mİ-8 vertolyotu Gəncə vertolyot zavodunda təmirə göndərilir. Xocalı istiqamətində hərbi hazırlığın təməli belə qoyulurdu…

Xocalı istiqamətində döyüşə hazır vəziyyətdə dayanmış vertolyotlar üçün Bakıdan 200 ton yanacaq da alınmışdı (!). Polkovnik Raqib Mühəmmədcanov yanacağın bölünməsi və döyüş vertolyotları arasında paylanması məsələlərinə nəzarət üçün ayrıldı. Daha doğrusu, Zaqafqaziya Hərbi Dairəsinin BQ-dan ezam olundu.

…1992-ci il fevralın 17-də Telavi hərbi bazasında ermənilərlə görüşən yazıçı-daşnaq Zori Balayan özünün «Ocaq» kitabını vərəqləyir və döyüşmək üçün silahlanmış ermənilərə başa salır ki, kim «Böyük Ermənistan» uğrunda vuruşursa, o, tarix yaradır – millətin və nəslin tarixini.

1992-ci il fevralın 19-da isə general Reutun Moskvadan aldığı 17 fevral tarixli, general A.N.Kovalyovun imzaladığı «201/4 AK» nömrəli sərəncama əsasən, 16 erməni üçün 9 müxtəlif markalı (əsasən «Mİ-24P») hərbi vertolyot ayrıldı. Fevralın 22-də isə vertolyot eskadrilyası 366-cı alayın tərkibinə keçirildi (vahid komandanlıq üçün).

Məlumata görə, 1992-ci il fevralın 25-də Dağlıq Qarabağ səmasında vuruşa hazırlanmış vertolyot eskadrilyasının siyahısı belə idi:

–        39 nömrəli vertolyot. Pilot: Qalaqçiyan Romb Arutyunoviç (Livan ermənisi. İxtisasca inşaatçı);

–        40 nömrəli vertolyot. Pilot: Razdan Alekseyeviç Minoyan (Suriya ermənisi. İxtisasca mühəndis);

–        29 nömrəli vertolyot. Pilot: Zahid Əl-Məhəmməd (Livan müsəlmanı, «Həmas» təşkilatı);

–        17 nömrəli vertolyot. Pilot: Ararat Qrekoviç Saracyan (Yerevan. Hərbçi);

–        45 nömrəli vertolyot. Pilot: Pirimyan Suren Alekseyeviç (Yerevan. Polis işçisi).

Bu, ancaq Xocalı rayon ərazisinə havadan zərbələr endirən vertolyotların siyahısıdır. O da məlum oldu ki, fevralın 25-i saat 16:00-dan gecə 00:00-dək Xocalıya bu vertolyotlardan 89 raket atılıb.

Xocalı istiqamətində raket buraxan ilk vertolyot 29 nömrəli olub. (Mühəmmədcanovun İ.Zarviqarova raportu. 28 fevral 1992-ci il. Arxiv ZakVO. Qovluq 467).

Hərbi pilotlar arasında maaşlar da bölünmüşdü. Məsələn, Livan müsəlmanı Zahid Əl-Məhəmmədə 4.450 dollar aylıq əmək haqqı ayrılmışdı. «Müsəlman qardaşımız» Xocalı ərazisinə atdığı hər bir raket üçün 280 dollar məbləğində mükafatlandırılırdı.

İşğalçılıq və terrorçuluq məqsədilə aparılan döyüşlərdə fəallıq göstərdiklərinə görə, Zahid Əl-Məhəmmədə və Suren Alekseyeviç Pirimyana «Qızıl xaç» ordeni verildi. Martın 3-də isə 29 nömrəli vertolyotun pilot salonunda yanğın baş verir və Zahid Əl-Məhəmməd həlak olur. Müdafiə naziri Serj Sarkisyanın göstərişi ilə onun cəsədi Yerevana gətirilir, Erablur hərbi qəbiristanlığında basdırılır.

Bu, Dağlıq Qarabağ səmasında «cinayət törədən», Xocalını viran qoyan bir pilotun taleyi idi.

Fevralın 25-i saat 19:15-də vertolyotlar Zaqafqaziya Hərbi Dairəsində start götürdü və Xocalıya vertolyot hücumu başladı. General-leytenant Yuri Qrekovun məlumatında göstərilir ki, Xocalı ərazisi Azərbaycan «boyevikləri»ndən təmizləndi və bunun üçün «Qrad», «Uraqan» raketlərindən də istifadə edildi. Xocalı istiqamətində bu raketlərin 39-u atıldı. Həmin ərəfədə Ermənistandan Kremlə, B.N.Yeltsinin adına belə bir qızışdırıcı teleqram vurulur: “…Prezident B.N.Yeltsinə… Respublikanın Təhlükəsizlik xidmətinin yüksək vəzifəli əməkdaşı iddia edir ki, son günlərdə Türkiyə – Ermənistan sərhədi boyunca türk qoşunlarının geniş tərkibdə bir yerə yığılması qeydə alınıb. Onun sözlərinə görə, 4 diviziyadan və 7 briqadadan ibarət Türkiyənin 3-cü səhra ordusu, həmçinin onun səhra gərargahları müharibə dövrünün ştatlarına qədər açılmışdır. Ordu İkinci Dünya müharibəsi illərindən sonrakı dövrdə müşahidə olunmayan hərbi hazırlığa gətirilmişdir…”(general O.Sarkisyan, polkovnik Ter-Qriqoryan. 25 fevral 1992-ci il).

Həmin teleqram bilavasitə B.N.Yeltsinin özünün başçılıq etdiyi Təhlükəsizlik Şurasının fevralın 26-da Kremldə keçirilən iclası üçün hazırlandı. İclasa Ermənistan prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Aşot Manuçaryan da dəvət olundu. A.Manuçaryan həmin müşavirədə belə bir fikir vurğuladı: «…“Yaxın gələcəkdə Türkiyə Azərbaycanın xahişilə Qarabağ münaqişəsinin həllində onun köməyinə gələ bilər. Bunu, Ermənistanın sərhədlərini pozmadan yalnız ümumi sərhədin 9 kilometrlik hissəsindən, Naxçıvan tərəfdən keçərək etmək mümkündür. Daha soma… Ermənistanın ərazisindən keçmək ehtimalı da istisna edilmir…” (26 fevral, 1992-ci il RF BQ-nin arxiv sənədi: US-11, səh. 9).

Fakt və araşdırmalarımızın məntiqi nəticəsi bunu da göstərir ki, 1992-ci ildə Azərbaycan MN-nə tabe olan hərbi kəşfiyyat və hərbi əks-kəşfiyyat xidmətlərinin işi yarıtmaz təşkil edilmişdi. Kəşfiyyat mərkəzləri iflic olmuşdu. Kadrların təyini məsələsində dostbazlıq, yarınmaq və yaltaqlıq əsas meyar idi. İş o yerə çatmışdı ki, mənzil-istismar idarəsinin sıravi işçisinə birbaşa mayor hərbi rütbəsi verilir, şöbəyə bölmə müdiri kimi qəbul olunurdu. Yaxud, həbsdən yenicə çıxan adamlar hərbi kəşfiyyata daxil olurdular…

Ermənistan Müdafiə Nazirliyinin hərbi kəşfiyyat xidmətinin təlimatçı- müşavirlərinin bir qismi Fransadan gəlmişdi. Yəni, bu adamlar vaxtilə ayrı- ayrı illərdə Fransa SQ-də təhlükəsizlik və kəşfiyyat işləri ilə məşğul olublar. Bu gün Xankəndində «Böyük Ermənistan» xəritəsi önündə gəzinib, düşünən qondarma «DQR»-in hərbi əks-kəşfiyyat xidmətinin özünün («Qaracanyan proqramı») xüsusi strateji proqramı var. Proqramın tərtibçiləri 2001-ci ilin avqustunda DQ-nin terrorçu lideri A.Qukasyana «Goranboyla bağlı xüsusi hərbi-kəşfiyyat proqramı»nı müzakirə üçün təqdim edib. 6 noyabr 2001-ci ildə «Reyter» agentliyinə verdiyi müsahibədə polkovnik Matevos Matevosyan maraqlı və ciddi bir məsələyə toxunur: «…Bizim qurum (yəni əks-kəşfiyyat xidməti) Şaumyan rayonu ərazisində (Goranboy), eləcə də ona yaxın ərazilərdə gedən ictimai-siyasi prosesləri, hərbi durumu, əsgərlərin psixoloji məqamlarını yaxşı bilir. Hətta gələcəkdə Şaumyan rayonunda işləmələri nəzərdə tutulan şəxsləri də tanıyır. Onlar haqqında ilkin məlumatlar verilib. Rayonu idarə edəcək qurumun inzibati binası, orada çalışacaqları nəzərdə tutulan adamlar da müəyyənləşib… Biz heç bir hüquq normalarını pozmuruq. Əksinə, «Böyük Ermənistan»ın qoparılmış tikələrini bir yerə yığırıq…».

Əslində, Xocalı qırğınlarında ermənilər bütün beynəlxalq Konvensiyaların tələblərini pozub, onlara heç bir məhəl qoymamışlar.

Rövşən Novruzoğlu

politoloq, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, professor

Share: