Zelenski sentyabrda Nyu-Yorka gedə bilər

Zelenski sentyabrda Nyu-Yorka gedə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrda Nyu-Yorka gedəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Onun BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gedəcəyi bildirilib.

Həmçinin, Zelenskinin 10 maddəlik “sülh formulu”nu irəli sürəcəyi də vurğulanıb.

Bununla belə, Zelenskinin BMT-yə səfərinin və proqramının dəqiq olmadığı və Ukrayna hakimiyyətinin bu məsələ ilə bağlı suallara cavab vermədiyi də qeyd olunub.


Share: