Goranboyda qəbiristanlıq içərisində yerləşən Türbələr Kompleksi

Goranboyda qəbiristanlıq içərisində yerləşən Türbələr Kompleksi

XIX əsrin ortalarında Gəncənin quberniya mərkəzi olması ətraf kəndlərin və qəsəbələrin də inkişafına öz müsbət təsirini göstərib. Bu mənada Goranboy rayonunun Rəhimli kəndindəki türbələr maraqlı nümunələrdir. 

XVIII-XIX əsr memarlıq abidəsi olan, Mirzə Adıgözəlbəy ailəsinə məxsus 6 ədəd türbə Rəhimli kəndinin kənarındakı qəbiristanlıqda yerləşir. Hər tikilinin içərisində 4-5 məzar mövcuddur və funksional cəhətdən bir qədər Gəncə sərdabələrini xatırladır. 

Fərq ondan ibarətdir ki, Rəhimli türbələri daxildən kvadrat quruluşlu, bayırdan isə küncləri 45 dərəcə kəsilib. Dörd tərəfə açılan iri pəncərələr də bu türbələrin xarakterik cəhətləridir.
Türbələr bir-birindən 10 m aralı məsafədə yerləşir. Dörd böyük türbə bişmiş qırmızı kərpicdən, iki kiçik türbə isə çay daşından tikilib. Türbələrin üçü səkkizbucaqlı, üçü isə dördbucaqlıdır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Share: