Rusiyanın Əməkdar artisti, 91 yaşlı bəstəkar Aleksandr Kolker vəfat edib.
Kulis.az Rusiya mediaya istinadən xəbər verir ki, sənətçi Sankt-Peterburqda dünyasını dəyişib.
Kolkerin ölüm səbəbi hələ açıqlanmayıb.
O, 100-dən çox mahnının müəllifidir. Onların arasında “Duman”, “Yağış”, “Petroqrad tərəfindəki oğlan”, “Kareliya” kimi məşhur mahnılar var.
Qeyd edək ki, bundan bir müddət əvvəl xəstəxanaya yerləşdirilən sənətçi reanimasiyadan travmatologiyaya köçürülmüşdü.