Azərbaycanlı rejissor nüfuzlu film festivalında münsif olacaq

Azərbaycanlı rejissor nüfuzlu film festivalında münsif olacaq

Azərbaycanlı rejissor Fariz Əhmədov 25-29 avqust tarixlərində Rusiyada keçiriləcək IV Lendok Film Festivalında münsif kimi iştirak edəcək

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə rejissor məlumat verib.

Onun sözlərinə görə, festival sənədli və bədii olmaqla iki istiqamətdə təşkil edilib.

F.Əhmədov sənədli filmlər üzrə kateqoriyada münsiflər heyətində təmsil olunacağını deyib.

O, festivalın bədii filmlər üzrə proqramında rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” və rejissor Hikmət Rəhimovun “Çılpaq” filmlərinin də daxil edildiyini vurğulayıb.

Share: