Almaniyada Birinci və İkinci Dünya müharibələrinə aid bombalar tapıldı

Almaniyada Birinci və İkinci Dünya müharibələrinə aid bombalar tapıldı

Almaniyada maye təbii qaz terminalının tikintisi zamanı dənizdə iki dünya müharibəsi dövrünə aid onlarla hərbi sursat tapılıb.

Birinci və İkinci Dünya müharibələrinə aid bombalar Almaniyanın Vilhelmshafen limanında maye təbii qazın idxalı üçün nəzərdə tutulan terminalın tikintisinə mane olur və bu səbəbdən də işlər ləngiyir.

Bu barədə mərmilərin axtarışı və zərərsizləşdirilməsi üzrə ixtisaslaşmış “SeaTerra” şirkətinın baş icraçı direktoru Dieter Guldin bildirib.

“Biz Almaniya, Böyük Britaniya, Niderland, Fransaya adi müxtəlif növlərdə hər cür döyüş sursatı tapdıq”, – deyə Guldin qeyd edib.

Onun sözlərinə görə, tikinti meydançasında hər şey o qədər qarışıqdır ki, “dünya müharibələrinin geniş çeşidli silahlarından” hər şeyi tapmaq mümkündür.

Terminalın quraşdırılacağı dənizin dibində 150​-200 partlamamış bomba, qumbara və mina aşkarlanıb. Onlardan ən azı 30-u yerindəcə məhv edilməlidir, çünki onların poliqonda zərərsizləşdirilməsi üçün daşınması mümkün deyil.

Qeyd edək ki, İkinci Dünya müharibəsi illərində Vilhelmshafen Almaniya dəniz qüvvələri üçün ən böyük baza olub. Liman dəfələrlə ABŞ və İngiltərə hərbi hava qüvvələri tərəfindən bombalanıb, müharibənin sonunda müttəfiqlər onu istifadə olunmamış sursat “zibilxanasına” çeviriblər.

Mənbə: “The New York Times”

Share: