Hindistanda lotereya biletini almağa imkanı olmayan xadimələr cekpot qazandılar

Hindistanda lotereya biletini almağa imkanı olmayan xadimələr cekpot qazandılar

Hindistanın Kerala əyalətində xadimə işləyən 11 qadın pullarını bir yerə toplayaraq lotereya bileti alıblar və nəticədə 1,2 milyon dollar məbləğində uduşa sahib çıxıblar. 

Bu barədə Hindistan mətbuatı xəbər verir.

Qeyd olunur ki, xadimə işləyən qadınların hər birinin gündəlik qazancı o qədər azdır ki, onlar yalnız pullarını bir yerə qoyaraq lotereya bileti almaq imkanı əldə edə biliblər.

“Bu günə qədər həyatımda şans heç vaxt mənim tərəfimdə olmamışdı, lakin bu dəfə cekpotu udduq”, – deyə xadimə işləyən 62 yaşlı qadın bildirib.

Xadimələr hələ əvvəldən məbləği öz aralarında bərabər bölməyə razılaşıblar.

Maraqlıdır ki, cekpot udan qadınların arzuları da üst-üstə düşür.  

Onlar müsahibələrində bildiriblər ki, pulu mənzil almağa, uşaqların təhsilinə və yığılmış borclarını ödəməyə sərf edəcəklər.

Mənbə: India Today

Share: