Türkiyənin Şile kurort zonasında dənizdə aşkar olunan 28 artilleriya mərmisinin İkinci Dünya müharibəsi dövründən qaldığı məlum olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Müdafiə Nazirliyi yayıb.
Mərmilərdən 11-i sudan çıxarılıb, digərləri isə yerindəcə zərərsizləşdirilib.
Xatırladaq ki, iyulun 28-i Şile şəhəri yaxınlığında Sofular çimərliyində dənizdə partlamamış sursatlar aşkar olunub. Bunun ardınca, avqustun 1-i hadisə ilə bağlı araşdırmanın aparılması məqsədilə Şiledə bütün çimərliklər bağlanıb. Avqustun 2-si isə Sofular istisna olmaqla çimərliklər yenidən açılıb.