Özbəkistanda çoxarvadlılığa görə həbs edilənlərin sayı açıqlandı

Özbəkistanda çoxarvadlılığa görə həbs edilənlərin sayı açıqlandı

Özbəkistanda 2023-cü ilin birinci yarısında dörd, son 5 il ərzində isə 38 kişi çoxarvadlılığa görə məhkum edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  2018-2022-ci illərdə Cinayət Məcəlləsinin 126-cı (“Çoxarvadlılıq”) maddəsi ilə 34 kişi məsuliyyətə cəlb olunub.

Xatırladaq ki, Özbəkistanda çoxarvadlılığa görə cərimə, islah işləri və bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.


Share: