Braziliyalı rəssam Eduardo Kats 1986-cı ildən bu günə qədər çalışdığı “Aqora” (Ágora) adlı əsərini kosmosa göndərmək niyyətində olduğunu elan edib. O, “Ulduz yolu” elmi-fantastik serialının yaradıcısı Cin Roddenberri və ABŞ prezidentləri Corc Vaşinqton, Con Kennedi və Duayt D. Eyzenhauerin DNT-sinin qalıqları ilə birlikdə Aya göndəriləcək.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, holoqramların yaradılması texnikaları ilə uzun müddət eksperiment aparan Kats əsərlərini “holopoem” adlandırır.
Sənət obyektinin özü iki hissədən ibarətdir: bir tərəfi 1,5 santimetr olan, məlumatların kodlaşdırıldığı mikroskopik şüşə kvadrat və işıqlandırılma vasitəsilə yaradılan təsvir.
Lazerin işığı şüşədən 45 dərəcə bucaq altında düşəndə, Ágora sözü yaşıl rənglə proyeksiya olunur.