Üzgüçümüz, 3 qat paralimpiya çempionu Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 100 metr sərbəst üzmə növündə 53.32 saniyə nəticə göstərərək yarışın qızıl medalına sahib çıxıb.
Bu barədə “Qafqazinfo”ya Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Qeyd edək ki, Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə ilə gümüş medal qazanaraq Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.