Nigerə hərbi müdaxilə ilə bağlı plan hazırlandı

Nigerə hərbi müdaxilə ilə bağlı plan hazırlandı

Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) ölkələrinin qərargah rəisləri və yüksək rütbəli hərbi məmurları iclaslarında Nigerə hərbi müdaxilə ilə bağlı plan hazırlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb

Bildirilib ki, ECOWAS ölkələrinin liderləri Nigerdə gələcək tədbirlərlə bağlı yekun qərarı verəcəklər.

Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.


Share: