Çəkildikləri hər bölümə görə bu qədər qazanırlar — Siyahı

Çəkildikləri hər bölümə görə bu qədər qazanırlar — Siyahı

Türkiyənin sevilərək izlənən seriallarının baş qəhrəmanlarını canlandıran tanınmış aktyorların nə qədər qazandığı məlum olub. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda “Aile”, “Yalı Çapkını”, “Yarğı”, “Kızılcık Şerbeti” və “Adım Farah” seriallarının baş qəhrəmanlarına həyat verən aktyorların hər bölüm üçün qazandıqları məbləğ qeyd olunub. 

Belə ki, “Aile” serialına çəkilən Kıvanç Tatlıtuğ hər bölüm üçün 1,5 milyon (95,100 manat), Serenay Sarıkaya isə 1,2 milyon lirə (76,230 manat) qazanır. Qeyd edək ki, serial 13-cü bölümü ilə mövsum finalına çıxıb. 

“Yarğı” serialındakı obrazlarına görə Pınar Dəniz və Kaan Urgancıoğlu çəkildikləri hər bölüm üçün 700 min lirə (44,030 manat) qazanırlar. Serial 63-cü bölümü ilə sezon finalına çıxıb. 

“Yalı Çapkını”nın “Seyran”ı Afra Saraçoğlu 500 min lirə (31,450 manat), “Ferit”I Mert Ramazan Demir isə 400 min lirə (25,160 manat) qazanır. Qeyd edək ki, serial 36-cı bölümü ilə sezon finalına çıxıb. 

“Kızılcık Şerbeti” serialının baş qəhrəmanlarını canlandıran Sıla Türkoğlu və Doğukan Güngör isə hər bölüm üçün həmkarlarına nisbətən az qazanırlar. Belə ki, Sıla Türkoğlu 100 min lirə (6,290 manat),  Doğukan Güngör isə 50 min lirə (3,145 manat) əldə edir. Ekran işi 29-cu bölümü ilə sezon finalındadır. 

“Adım Farah”ın aktyorları  Demet Özdemir və Engin Akyürek çəkildikləri hər bölümə görə  650 min lirə (40,885 manat) qazanırlar. Serial 14-cü bölümü ilə sezon finalı edib. 


Share: