İngiltərə Premyer Liqa komandalarından olan “Mançester Yunayted” “Atalanta”dan danimarkalı hücumçu Rasmus Hoylundu transfer edib.
“Qafqazinfo” xəbər verir ki, klubun yaydığı məlumata görə, 6 dəfə Danimarka millisində çıxış edən 20 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.
İngilis mətbuatı Hoylundun transfer qiymətinin 72 milyon funt sterlinq olduğunu iddia edib.
Peşəkar karyerasına böyüdüyü Kopenhagendə başlayan Hoylund 2022-ci ilin yanvarında “Şturm Qraz”da, elə həmin ilin yay transfer pəncərəsində isə “Atalanta”da oynayıb.
İtaliyanın birinci liqasında (A seriyası) “Atalanta”nın heyətində 34 oyun keçirən Hoylund 10 qol vurub.