“Mövcud hadisələr Rusiyanın Qara dənizdə hökmranlıq dövrünün başa çatdığını göstərir”.
Bu barədə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak danışıb.
“2022-ci ilin aprelində “Moskva” kreyserinin batırılması Rusiyanın Qara dənizdəki mövcudluğunun sona çatmasının başlanğıcını simvolizə etdi. Bugünkü hadisələr tarixin bu fəslinin sonunun məntiqi davamıdır”, – Podolyak deyib.
Onun sözlərinə görə, Ukrayna limanlarının blokadasını həyata keçirə bilməyən Rusiya klassik raket terroru nümayiş etdirməklə öz zəifliyini gizlətməyə çalışır.
“Bugünkü hadisələr bizə bir şeyi deyir: Rusiyanın Qara dənizdə hökmranlığı dövrü başa çatıb. Son nöqtə deyil, proses gedir və bu fəsil hələ bir müddət yazılacaq. Lakin onun yekununun necə olacağı artıq hər kəsə aydındır”, – deyə aparat rəhbərinin müşaviri qeyd edib.
Xatırladaq ki, dünən Krasnodar diyarının Novorossiysk körfəzində pilotsuz katerlər Rusiyanın iri desant gəmisinə hücum edib. Bundan əlavə, həmin gecə Kerç boğazında Rusiyaya məxsus SIG neft tankerinə də hücum olub. Xüsusi əməliyyatı Ukrayna Hərbi Dəniz Qüvvələri həyata keçirib.
Mənbə: rbc.ua