Rusiyada “qeyri-maddi etno-mədəni irs obyektlərinin” federal reyestrinin yaradılması nəzərdə tutulur.
Bu barədə ölkənin baş naziri Mixail Mişustin fərman imzalayıb.
Reyestr nağıllardan, dastanlardan, rəqslərdən, ayinlərdən, adət-ənənələrdən ibarət olacaq.
Siyahıda bu və ya digər obyektin mənşəyi, mövcud olduğu ərazi, orijinal ənənəvi mədəniyyətin daşıyıcıları və qoruyucuları haqqında məlumatlar əks olunacaq. Reyestrin operatoru Rusiya Mədəniyyət Nazirliyi olacaq.
Mənbə: rbc.ru