Aİ müalicə üçün 2400-dən çox ukraynalını qəbul edib

Aİ müalicə üçün 2400-dən çox ukraynalını qəbul edib

Aİ-nin 27 ölkəsindən 21-də 2400-dən çox Ukrayna vətəndaşı müalicə üçün qəbul edilib.

Bu barədə Avropa Komissiyasının Mətbuat Xidməti məlumat yayıb.

“Avropa Mülki Müdafiə Mexanizmi vasitəsilə 2400-dən çox ukraynalı xəstə bütün Avropadakı xəstəxanalara xüsusi müalicə üçün göndərilib”, – Avropa Komissiyası bildirib.

AK bu şəxslərin xəstəxanalarda nə qədər qaldığını və onların hərbçi və ya mülki vətəndaşlar olub-olmadığını dəqiqləşdirməyib.

Xatırladaq ki, 2022-ci ildə Avropa İttifaqı və NATO münaqişə zamanı yaralanan və müxtəlif xəstəliklərə məruz qalan Ukrayna ordusunun hərbçilərinin Avropada tibbi yardım alması və reabilitasiyadan keçməsi barədə razılığa gəliblər.

Mənbə: TASS

Share: