Çində şəhər merinin müavini və siyasi komissar daşqında həlak oldular

Çində şəhər merinin müavini və siyasi komissar daşqında həlak oldular

Çinin Şulan şəhərində vitse-mer səlahiyyətlərinin icraçısı, həmçinin yerli qarnizonun siyasi komissarı daşqın zonasında aparılan xilasetmə işləri zamanı xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar.

“Şəhər Partiya Komitəsinin Daimi Komitəsinin üzvü və vitse-mer səlahiyyətlərinin icraçısı Lo Syuydun, Çin Xalq Azadlıq Ordusunun Şulan Şəhər Komandanlığının siyasi komissarı Çjou Kunsun və Silin Suya Mühafizə Təsərrüfatı və Hidroelektrik Planlaşdırma İnstitutunun baş mühəndisi Ni Fen ölü tapılıblar. Onlar xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar”, – deyə yerli hökumətin açıqlamasında bildirilib.

Çin Mərkəzi Televiziyası Şulan şəhərinin (Silinin şimal-şərq əyaləti) bölgəsində daşqınlar nəticəsində 14 nəfərin öldüyü və bir nəfərin itkin düşdüyü barədə məlumat verib.

Yerli hakimiyyət orqanları əhalinin zərər çəkmiş ərazilərdən təxliyəsini davam etdirir. Xilasetmə işlərinə ordu cəlb olunub.

Xatırladaq ki, Şulan və şəhərin əhatə dairəsində yerləşən yaşayış məntəqələri avqustun 1-dən “Doksuri” supertayfunun gətirdiyi yağışın faciəli fəsadları ilə üz-üzə qalıblar.

Mənbə: TASS

Share: