Brüsseldə metro vaqonuna zəhərli maddə atıldı

Brüsseldə metro vaqonuna zəhərli maddə atıldı

Belçikanın paytaxtı Brüsselin Anderlext bələdiyyəsinin Delakroix metro stansiyasında vaqona ammonyak olduğu təxmin edilən zəhərli maddə atılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, MVİB ictimai nəqliyyat şirkəti açıqlama yayıb.

Zəhərli maddəyə məruz qalan iki nəfərə xəstəxanada tibbi yardım göstərilib. 2 və 6 saylı metro xətlərinin fəaliyyəti dayandırılıb.

Hadisə şahidlərinin yerli mətbuata verdiyi məlumata görə, orta yaşlı bir kişi metrodan düşməzdən əvvəl mayeni vaqona atıb.


Share: