Rusiya paytaxtı Moskvada intihar hadisəsi baş verib.
Çılpaq olan və əlində bıçaq tutan kişi onun qapısını döyən polislərdən qaçmaq üçün özünü 26-cı mərtəbədən atıb.
Hadisə Moskvanın Mira prospektində yerləşən “Trikolor” yaşayış kompleksində baş verib. Faciədən az əvvəl mərhumun olduğu mənzildə səs-küy yarandığı üçün qonşular polisə müraciət ediblər. Polis qapını döyərkən kişi pəncərəni sındırmağa başlayıb. Daha sonra özünü 26-cı mərtəbədən aşağı atıb.
Ölən şəxsin 30 yaşının olduğu bildirilir. Təfərrüatlar dəqiqləşdirilir.
Mənbə: “SHOT” “Telegram”