“Mançester Siti” braziliyalı futbolçu üçün 70 milyon avro təklif etdi

“Mançester Siti” braziliyalı futbolçu üçün 70 milyon avro təklif etdi

İngiltərənin “Mançester Siti” klubu Braziliya millisinin üzvü Lukas Paketanı heyətinə qatmağa çalışır.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “şəhərlilər” “Vest Hem”in formasını geyinən yarımmüdafiəçi üçün 70 milyon avro təklif edib. Bu məbləğ “çəkicdöyənlər”i razı salmayıb. “Vest Hem” futbolçusunun daha dəyərli olduğu qənaətindədir.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola şəxsən özü Paketanın transfer edilməsini istəyib.

25 yaşlı futbolçu ötən ilin yayında Fransanın “Lion” klubundan “Vest Hem”ə keçib. O, Premyer Liqada 28 matçda dörd qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.

Share: