Pakistan ABŞ-nin sanksiyaları səbəbindən qaz idxalı üçün boru kəmərinin tikintisi ilə bağlı İranla imzaladığı müqavilədəki öhdəliklərini dayandırıb.
Bununla bağlı Pakistanın neft naziri Müsəddiq Malik bildirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Müsəddiq Malik ölkə parlamentində çıxışında İslamabadın bu barədə Tehranı məlumatlandırdığını deyib. Nazir bildirib ki, İran Pakistanın bu qərarını etibarsız adlandırıb, buna görə də məsələ arbitraj yolu ilə həllini tapmalıdır.
Qeyd edək ki, bir müddət əvvəl Pakistanın İran qazından imtina edərək Türkmənistanla müqavilə bağladığı barədə xəbərlər yayılmışdı.