“Finalda bəxtim gətirmədi və bir saniyə fərqlə qızıl medalı əldən verdim”.
“Report”un məlumatına görə, bunu Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanan Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Bir nəfərlik akademik avarçəkmə qayığı ilə 2 000 metr məsafəyə mübarizədə 3-cü yeri tutan idmançı yarımfinal və final yarışlarının ağır keçdiyini söyləyib:
“Son 20 metr məsafəyə daxil olarkən öndə idim. Amma idmanda kimin çempion olacağını əvvəlcədən demək olmaz”.
O bildirib ki, bundan sonra daha çox işləmək lazımdır:
“Növbəti yarışlarda bayrağımızı yüksəklərə qaldırıb himnimizi səsləndirməyə çalışacağam”.