Hazırkı Prezident Co Baydenin oğlu Hanter Rusiya və Qazaxıstan iş adamlarından pul alıb.
Bu barədə ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rəhbəri, konqresmen Ceyms Komerə istinadən məlumat yayılıb.
İddiaya görə, Komer Hanterin aldığı bank köçürmələrinin görüntüləri ilə birlikdə 19 səhifəlik hesabat yayımlayıb. Vəsaitlər Hanterin atası, hazırkı dövlət başçısı Co Baydenin Obama administrasiyasında vitse-prezident olduğu zaman alınıb.
Oğul Baydenin Ukraynanın enerji şirkəti “Burisma Holdings”dən, həmçinin rusiyalı iş qadını Yelena Baturina və qazaxıstanlı iş adamı Kenes Rakişevdən milyonlarla dollarlıq köçürmələr aldığı bildirilir. Həmin dövrdə vitse-prezident Bayden daha sonra şəxsən bu insanlar və ya onların nümayəndələri ilə görüşüb.
Mənbə: lenta.ru